doğru yol göstərmək

to set someone in the path of truth (on the right path) / to put someone on the right road наставлять (наставить) на путь истины (побуждать кого-либо изменить поведение в хорошую сторону)
doğru yol
doğru yolda olmaq
OBASTAN VİKİ
Doğru Yol Partiyası
Doğru Yol Partiyası (Azərbaycan) — Azərbaycanda 1992-ci ildə Tamerlan Qarayevin rəhbərliyində təsis edilmiş, 1995-ci ildə Müsavat Partiyasına birləşmiş siyasi partiya. Doğru Yol Partiyası (İsrail) — İsraildə 2008-ci ildə təsis edilmiş siyasi partiya. Doğru Yol Partiyası (Türkiyə) Doğru Yol Partiyası (Türkiyə, 1983) — Türkiyədə Ahmet Nusret Tunca rəhbərliyində keçmiş Demokrat Partiya üzvləri tərəfindən qurulmuş və 2007-ci ildə Demokrat Partiyaya birləşmiş siyasi partiya. Doğru Yol Partiyası (Türkiyə, 2007) — Türkiyədə 2007-ci ildə Çetin Özaçıkgöz tərəfindən qurulmuş siyasi partiya.
Doğru Yol Partiyası (Azərbaycan)
Doğru Yol Partiyası — Azərbaycanda 30 yanvar 1993-cü ildə Tamerlan Qarayevin rəhbərliyində təsis edilmiş, 1995-ci ildə Müsavat Partiyasına birləşmiş siyasi partiya. == Tarixi == 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilmiş, ilk dəfə bu seçkilərdə Azərbaycan Kommunist Partiyası xaricində siyasi qüvvələr yarışmışdır. Seçki nəticəsində 45 nəfər müxalif Azərbaycan Xalq Cəbhəsi üzvü parlamentin deputatı seçilmişdir. Parlamentdə "Müstəqil Azərbaycan" Demokratik Blokunu təsis edən müxalif qrup parlament sədarətinə namizəd olaraq 133 nömrəli Ağdam ikinci şəhər seçki dairəsindən deputat seçilmiş Tamerlan Qarayevi sədr müavinliyinə namizəd göstərmişdir. 7 fevral 1991-ci ildə Tamerlan Qarayev Ali Sovetin sədr müavini seçilmişdir. Tamerlan Qarayev, həmçinin, 26 noyabr 1991-ci ildə təsis edilmiş Azərbaycan Ali Sovetinin Milli Şurasına "Müstəqil Azərbaycan" Demokratik Blokunun üzvü olaraq seçilmişdir. 15 may dövlət çevrilişinin ardından hakimiyyəti tam ələ alan Azərbaycan Xalq Cəbhəsi Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə getmiş, Tamerlan Qarayev 18 may 1992-ci ildə Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini seçilmişdir. Çevrilişdən sonra yeni rəhbərlik prezident seçkiləri keçirmək qərarı almışdır. Bu dövrdə Tamerlan Qarayev Azərbaycan Xalq Cəbhəsindən istefa verərək öz müşaviri və bacanağı Rasim Musabəyov ilə birgə iqtidaryönlü Doğru Yol Partiyasını təsis etmişdir. Doğru Yol Partiyasının Təsis Konfransı 30 yanvar 1993-cü ildə keçirilmişdir.
Doğru Yol Partiyası (Türkiyə, 1983)
Doğru Yol Partiyası və ya qısaca DYP — Türkiyədə Demokrat Partiyanın və Ədalət Partiyasının siyasi mirasçısı olmuş siyasi partiya. Partiya 1983-cü ildə 12 sentyabr dövlət çevrilişindən sonra ləğv olunmuş Ədalət Partiyasının davamı olaraq qurulmuş, 2007-ci ildə isə adını Demokrat Partiya olaraq dəyişərək hüquqi varlığına son vermişdir.
Yol
Yol – nəqliyyatda istifadə olunan və müxtəlif məntəqələri bir-birinə bağlayan şəbəkə. Bütün yollar yol nişanları, siqnalverici qurğular və s. ilə tənzimlənir. Yol sözünün mənşəyi Qədim Türkcədən gələn "yolak" (cığır, yol) sözüdür. Güman ki, "yeri-" sözü də "yori-" kəliməsindən gəlir. Tarixdəki ilk yollar heyvanlar tərəfindən istifadə olunan yerlərdə öz-özünə yaranan cığırlar idi. Zaman keçdikcə bu yollar insanlar tərəfindən istifadə olunmağa başlandı. Belə yaranmış və e.ə. 6000-ci illərdən qalmış yollara misal kimi Yerixo şəhəri yaxınlığındakı su qaynaqları ətrafında rast gəlinir. Qədim Mesopotamiyada, hazırkı İraq ərazilərində yerləşən Ur şəhərindəki daş döşənmiş yollar və İngiltərənin hazırkı Qlastonberi qəsəbəsində taxta deöşənmiş yollar isə təxminən e.ə.
Kuzmanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Mayaka doğru
Mayaka doğru Virciniya Vulf tərəfindən yazılmış, 1927-cı ildə nəşr olunmuş, modernist üslubda yazılmış əsərdir. Əsər müəllifin sayca beşinci romanıdır. Əsərin yazılış üslubu ilə yazıçı Marsel Prust və Ceyms Coysun modernist roman ənənəsini davam etdirir. Romanda bir neçə dialoqu çıxmaqla, demək olar ki, tamamı ilə durğunluq hökm sürür, yalnız düşüncələrə yer verilir. Əsər üç hissədən ibarətdir, hadisələr və obrazların düşüncələri anonim şəxsin dilindən çatdırılır. Romanın həm də avto-bioqrafik yönləri var, xanım Ramsinin obrazında öz anasını göstərən yazıçı, öz ailəsində onun ölümündən sonra yaranmış boşluğu təsvir edir. Əsər həm "Modern Library" nəşr evi, həm də "Time" jurnalının ingiliscə yazılmış yüz ən yaxşı roman siyahısında özünə yer tapıb. == Mövzusu == Birinci bölüm-Pəncərə . İlk bölüm Hebrid- Skayp adasında, Ramsi ailəsinin yay evində, xanım Ramsi və oğlunun söhbətinin təsviri ilə başlayır. Anası ilə bir gün sonrakı mayak səfərləri ilə bağlı söhbət edən Ceymsə atası hava aydın olmadığından gedə bilməyəcəklərini bildirir.
...Yol (Qriffinlər)
…Yol (ing. Road to...) — baş rollarında Binq Krosbi və Bob Houplinin çəkildiyi "...Yol" filmlər seriyasına parodiya olaraq çəkilmiş xüsusi seriyalar silsiləsi. Bu seriyaların əsas personajları, süjetə görə, Kuahoqdakı evlərindən çox uzaqda olan xarici dövlətlərə, elmi-fantastik və ya fövqəltəbii yerlərə düşən Brayan və Styuidir. Silsilə musiqi nömrələri ilə də məşhurdur. Silsiləsidən olan birinci seriya — "Rod-Aylendə yol", serialın ikinci mövsümünün bir hissəsi kimi, 30 may 2000-ci ildə göstərilmişdir. Silsiləsidən olan sonuncu seriya — "Hindistana yol", on dördüncü mövsümün bir hissəsi kimi, 22 may 2016-cı ildə göstərilib. Silsilə ümumilikdə səkkiz seriyadan ibarətdir.
Bizim yol
Bizim yol - Gündəlik ictimai-siyasi qəzet. 2003-cü ildə Məhəmməd Ərsoy təsis edib, 2005-ci ilə qədər baş redaktor olub. Parlament seçkilərindn sonra 2005-ci ilin noyabrında Məhəmməd Ərsoy Bahəddin Həziyei baş redaktor təyin edir. Yalnız 2007-ci ildə təsisciliyi Bahəddin Həziyevə notarial qaydada ötürür... Qəzetin baş redaktoru Bahəddin Həziyev, Birinci müavini isə Elçin Rüstəmlidir. Qəzet 31 yanvar 2019-cu ildə çap versiyasının fəaliyyətini dayandırıb. == Əlaqə == tel: (012) 434 26 17, (012) 434 24 78 e-mail: [email protected] == Xarici keçidlər == www.bizimyol.info www.youtube.com/user/Bizimyolinfo twitter.com/bizimyolinfo instagram.com/bizimyolinfo == İstinadlar == == Mənbə == "Bizim Yol" qəzeti, №124(1943), 14 iyul 2012-ci il.
Qəlbinə Yol
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Yeni yol
Yeni yol (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yeni yol (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Yeni yol (qəzet) — Azərbaycanda qəzet.
Yol (dəqiqləşdirmə)
Yol — insanların və nəqliyyatın getdiyi yer. Yol (jurnal) — jurnal. Yol (film, 1981) Yol (film, 1954) — Federiko Fellininin çəkdiyi İtaliya filmi. Yol (film, 2009) — Yol əhvalatı (film, 1980) — Teymur Bəkirzadənin çəkdiyi Azərbaycan filmi. ...Yol (Qriffinlər) — "Qriffinlər" cizgi serialının xüsusi seriyalar silsiləsi. Yollar görüşəndə... (film, 1979) — Ramiz Həsənoğlunun çəkdiyi film. Yol (fiziki kəmiyyət) — Sürət ilə zamanın hasilinə bərabər olan fiziki kəmiyyət.
Yol (jurnal)
[mənbə göstərin] Yol — 1990-ci illərdə Tehranda Keyhan müəssisəsində nəşr olunan jurnal. "Yol" ötən yüzilliyin 90-cı illərində Tehranda çıxan ədəbiـbədii dərgi idi. Eyvaz Tahanın baş yazarlığı ilə tam Azərbaycan türkçəsində buraxılan bu dərgi, Güney Azərbaycan mətbuat tarixində hadisə sayılırdı. Vaxtilə Solçuların "Keyan"[۱] müəssisəsinə başçılıq etədiyi zaman işıq üzü görmüş Yolda yeniliklər az deyildi. Yol Güney Azərbaycanın birinci rəngli dərgisi, yep-yeni məzmunlu, və milli hökumət zamanından bəri çıxan ən yükəsk tirajlı nəşr orqanı idi. Habelə yolun özündən önəmsiz olmayan "Kəpənğk" dərgisi, Yolun əlavəsi kimi uşaqlar üٍçün buraxılırdı. Son nömrələrdə səhifələrinin sayı 64ـdə qədər artmış, bu əlavənin indiyə qədər bənzəri çıxmayıb. E.Taha Yol və Kəpənək dərgilərində 20 ـci nömərəyə qədər çalışdı. Həmin sayı işıq üzü gördükdən sonra məzmun və dilin dəyişdirilməsinə dair gələn hökumət əmrlərinə boyun qoymaraq redaksiyadan uzaqlaşdı. Bu uzaqlaşma Hüseyn Şəritmdarinin Keyhanı ələ keçirməsinə təsadüf edirdi.
Yol hərəkəti
Yol hərəkəti — yol vasitəsilə nəqliyyat vasitəsilə insanların və yüklərin daşınması prosesində yaranan ictimai münasibətlər.
Yol iyesi
Yol nişanları
Yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, yol hərəkəti iştirakçılarına müəyyən informasiyanı bildirmək üçün qurulan standartlaşdırılmış qrafiki nişanlardır. Yol nişanları müxtəlif ölkələrdə bir-birindən fərqlənsə də, ümumi prinsip etibarilə eynidir. Faktiki olaraq bütün dünyada olan yol nişanları sistemlərinin əksəriyyəti avropa və ingilis sisteminə yaxındır. Bu sistem Avropa, o cümlədən Azərbaycan və dünyanın bir çox başqa ölkələrində "Yol nişanları və siqnallar haqqında" Vyana konvensiyasına əsasən nizamlanır. Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyası kimi beynəlxalq konvensiyalar müxtəlif ölkələrdə yol nişanlarının müəyyən dərəcədə vahidliyinə nail olmağa kömək etmişdir. Ölkələr də çaşqınlığın qarşısını almaq üçün birtərəfli qaydada (müəyyən dərəcədə) digər ölkələri izləmişlər. Yol nişanlarını bir neçə növə bölmək olar. Məsələn, 30 iyun 2004-cü ildə 52 ölkənin imzaladığı Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyasının (1968) 1-ci Əlavəsi səkkiz nişan kateqoriyasını müəyyən edir: Xəbərdarlıq nişanları — hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir; Üstünlük nişanları — yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir; Qadağan nişanları — yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir; Məcburi hərəkət istiqaməti nişanları — sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir; Xüsusi tənzimləmə nişanları — Xüsusi tənzimləmə nişanları bir və ya bir neçə hərəkət zolağına aid olan tənzimləmə və ya təhlükə xəbərdarlığını göstərmək, avtobuslar üçün ayrılmış zolaqları göstərmək, yaşayış sahəsinin başlanğıcını və ya sonunu göstərmək üçün istifadə olunan yol nişanları və ya zona qüvvəsi olan nişanlardır. Məlumatverici-göstərici nişanlar — hərəkətin müəyyən rejimi tətbiq və ya ləğv edir, elecə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər; Servis nişanları — yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir; Əlavə məlumat nişanları (lövhəciklər) — birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırır. ABŞ, Kanada, İrlandiya, Avstraliya və Yeni Zelandiyada nişanlar aşağıdakı kimi təsnif edilir: Tənzimləyici nişanlar Xəbərdarlıq nişanları Bələdçi nişanlar Küçə adı nişanları Marşrut nişanları Ekspress yol nişanları Magistral yol nişanları Xoş gəldin nişanları Məlumat nişanları İstirahət və mədəni maraq nişanları Fövqəladə halların idarə edilməsi (mülki müdafiə) nişanları Müvəqqəti yol hərəkətinə nəzarət (tikinti və ya iş zonası) nişanları Məktəb nişanları Dəmir yolu və yüngül dəmir yolu nişanları Velosiped nişanları Birləşmiş Ştatlarda yol nişanları və səki nişanları üçün kateqoriyalar, yerləşdirmə və qrafik standartlar standart olaraq Federal Avtomobil Yolları Administrasiyasının Vahid Trafik İdarəetmə Cihazları üzrə Təlimatında qanuni olaraq müəyyən edilmişdir.
Şərəfli yol
Şərəfli yol (film, 1974)
Kortikospinal yol
Kortikospinal yol — beyin qabığından başlayan və onurğa beynindəki aşağı motor neyronları və interneyronlarında bitən, əzaların və bədənin hərəkətlərini idarə edən ağ maddə motor yolu. Kortikospinal yolda 1 milyondan çox neyron var və onlar adətən həyatın ilk 2 ilində miyelinləşirlər. Kortikospinal yol piramidal yollardan biridir, digəri kortikobulbar yoldur. == Anatomiyası == Kortikospinal yol beynin bir neçə hissəsindən, o cümlədən təkcə motor bölgələrindən deyil, həm də ilkin somatosensor korteksdən və premotor bölgələrdən yaranır. Əksər neyronlar ya birincil motor korteksindən (precentral girus, və ya Brodmann sahəsi 4) və premotor frontal bölgələrdən yaranır. Kortikospinal neyronların təxminən 30% -i ilkin motor korteksdən, 30% -i premotor korteksdən və əlavə motor bölgələrindən, qalan 40% isə somatosensor korteks, alın payı və singulat girus arasında paylanır. Bu yuxarı motor neyronları neokorteksin V qatının piramidal hüceyrələrindən əmələ gəlir, və ön beyindəki daxili kapsulun arxa əzasından keçərək ara beynin dibində yerləşən beyin qabığına daxil olur. Sonra hər iki yol beyin sapından, körpüdən, daha sonra isə medullaya keçir. Kortikospinal yol kortikobulbar yol ilə birlikdə beyin sapının medullasının hər iki tərəfində iki piramida əmələ gətirir və onların adı piramidal yollar kimi gedir. Kortikospinal neyronlar birbaşa əzələ nəzarəti üçün alfa motor neyronlarına birbaşa sinaps edir.
Yol iyəsi
Yol əhvalatı
Yol əhvalatı — kinorejissor Teymur Bəkirzadənin çəkdiyi komediya filmi. Şən və xeyirxah sürücü, gənc Mustafa (Vaxtanq Pançulidze) gözəl Zümrüdlə (Həmidə Ömərova) evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, "işbaz", alverçi Qurbanın (Səyavuş Aslan) heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür, nəhayət qalib çıxır. Zümrüd məhz ona ərə gedir. Film iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetir. Film Teymur Bəkirzadənin müstəqil rejissor kimi kinoda ilk tammetrajlı işidir. Ssenari müəllifi: Asim Cəlilov Quruluşçu rejissor: Teymur Bəkirzadə Quruluşçu operator: Şərif Şərifov, Ələsgər Ələkbərov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Vladimir Savin Rejissor: Rafiq Dadaşov Montaj edən: Tahirə Babayeva Dekor rəssamı: Fikrət Ələkbərov Geyim rəssamı: N. Cəfərova Qrim rəssamı: L. Kuznetsova Rejissor assistenti: Mirzəbala Məlikov, Yusif Əlizadə (Yusif Əliyev kimi) Plyonka üzrə rəng ustası: F. Dadaşov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Məsləhətçi: N. Əliyev (SSRİ-nin əməkdar təyyarəçisi), M. Babayev (milis polkovniki) Redaktor: Ramiz Rövşən (R. Əliyev kimi), Nadejda İsmayılova Çalır: Dövlət Kinematoqrafiya Orkestri və "Melodiya" İnstrumental Ansamblı Bədii rəhbər: Eldar Şengelaya İnzibatçı: F. Cəbiyev, Vladimir Dudniçenko, E. Nağıyev Filmin direktoru: Rimma Abdullayeva Səyavuş Aslan — Qurban Vaxtanq Pançulidze — Mustafa Həmidə Ömərova — Zümrüd Kamil Məhərrəmov — Paşa Yaşar Nuri — Makintoş Hacı İsmayılov — Mürşüd Sofa Bəsirzadə — Sona nənə Ceyhun Mirzəyev — İbadulla Yusif Əlizadə — Fərid Adil İsmayılov — təyyarəçi Məmmədkamal Kazımov — Şəmsi Eldəniz Zeynalov — şikayətçi Zərnigar Ağakişiyeva — Ədilə Mübariz Əlixanoğlu — milis nəfəri Rahib Əliyev — elçi gələn Məmmədağa Dadaşov Muxtar Maniyev — Milis nəfəri Ofeliya Aslan (Ofeliya Aslanova kimi) — Kübra Dadaş Kazımov — sərnişin Telman Adıgözəlov — tələbə Şahin Cəbrayılov — milis nəfəri Ələsgər Məmmədoğlu — aeroportdakı adam Aqşin Rəsulov — aeroportdakı adam Əliqulu Səmədov — alıcı Mayak Kərimov — alıcı Zilli Namazov — aeroportdakı adam Ramiz Məmmədov — aeroportdakı adam Sədaqət Zülfüqarova — xala Sadıq Hüseynov — sərnişin (titrlərdə yoxdur) Əliabbas Qədirov — İbadulla (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur) Hamlet Xanızadə — təyyarəçi (Adil İsmayılov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Mustafa (Vaxtanq Pançulidze) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — elçi gələn (Rahib Əliyev) (titrlərdə yoxdur) Tələt Rəhmanov — elçi gələn (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Fərid (Yusif Əlizadə) (titrlərdə yoxdur) Gülşən Qurbanova — Kübra (Ofeliya Aslan) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Paşa (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) Zabrat Aeroportu Bakı Şəhər Dövlət Avtomobil Müfəttişliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Axırıncı yol
Axırıncı yol — tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Axırıncı Yol” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Miskərli ifa edirlər. == Məzmun == Macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Şirin (Nicat Rəhimov), Qılman (İlkin Miskərli) və Ağsaqqalın (Azər Baxşəliyev) başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində iki milyon dollar olan inkassator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkassator avtomobilinin görkəmini dəyişərək “SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır...
Pambığa doğru (qəzet)
Şərurun səsi — Şərur rayonunda nəşr olunan qəzet. "Şərurun səsi" adlanan Şərur rayon qəzeti 1931-ci ilin oktyabrında ilk sayı ilə oxucularla görüşmüşdür. Qəzetin ilk adı "Pambığa doğru" olmuşdur. Qəzetin nəşrə başladığı ilk vaxtlar Naxçıvan şəhər sakini Qasım Tağıyev redaktor, sədərəkli Qədim Qədimov isə ədəbi işçi idi. Bir neçə nömrə çapdan çıxandan sonra Qasım Tağıyevi rayon partiya komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkirlər. Boş qalan redaktor vəzifəsinə isə Qarabağlar kəndinin sakini olan Nemət Əhmədov təyin edilir. Qəzetin birinci nömrəsində "Qəzetin qarşısında duran vəzifələr", "Su kanalı çəkilişi işini sürətləndirməli", "Rayon İcraiyyə Komitəsi sessiyasının qərarı" və başqa sərlövhəli yazılar verilmişdi. Bu yazılar qəzetin məqsəd və vəzifələrini, hansı məsələlərdən daha ətraflı yazacağını çox aydın göstərirdi. Rayon həyatının elə bir sahəsi yox idi ki, "Pambığa doğru" qəzeti ora yol açmamış olsun. Qəzet sosializm quruculuğundakı müvəffəqiyyətləri işıqlandırmaqla yanaşı israfçılığa, bürokratizmə, bir sözlə bütün mənfi hallara qarşı kəskin mübarizə aparırdı.
Zirvəyə Doğru (1991)
Şərqə Doğru (1930)
Tammetrajlı sənədli film sovet hakimiyyəti illərində respublikada gedən dəyişikliklərdən, Azərbaycanda yaşayan xalqların məişətindən, onların adət-ənənələrindən, milli xüsusiyyətlərindən söhbət açır. Film saxlanılmayıb. Rejissor: Aleksandr Makovski Ssenari müəllifi: Aleksandr Makovski Operator: İvan Manakov Lətif Səfərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Fəlidən doğru xəbər (veriliş)
Fəlidən doğru xəbər — Elşən Orucovun aparıcılığı ilə Xəzər Televiziyasında yayımlanan əyləncə janrında olan verilişdir. Veriliş hər həftənin şənbə günü saat 23:00-da Xəzər Televiziyasında yayımlanır.